Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağdakı humanitar missiyanın işini və sülhməramlıların fəaliyyətini müzakirə edib

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağdakı humanitar missiyanın işini və sülhməramlıların fəaliyyətini müzakirə edib
# 27 noyabr 2020 15:36 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirədə Dağlıq Qarabağdakı humanitar missiyanın işini və Rusiya sülhməramlılarının fəaliyyətini müzakirə edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu məzmunda Prezident müşavirə iştirakçılarını Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla baş tutan telefon danışıqları barədə də məlumatlandırıb”, - deyə kremlin sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, müşavirədə Rusiyada gündəlikdə duran müxtəlif aktual sosial-iqtisadi məsələlərə də toxunulub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR