Qırğız parlamentinin deputatı: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”

Qırğız parlamentinin deputatı: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”
# 12 noyabr 2020 19:10 (UTC +04:00)

Qırğız Respublikasının Joqorku Keneşinin Azərbaycan–Qırğızıstan dostluq qrupunun rəhbəri Tazabek İkramov Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

İcazə verin, Qırğız Respublikasının Joqorku Keneşinin (parlamentinin) Azərbaycan Respublikası ilə dostluq qrupunun adından və şəxsən öz adımdan Sizinlə səmimi həmrəyliyimizi və Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyimizi bildirim.

Keçmiş SSRİ xalqları bilirlər ki, arxiv sənədlərinə və tarixi sənədlərə, beynəlxalq hüququn bütün normalarına əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Parlamentlərarası dostluq qrupu Azərbaycanın öz xalqını müdafiə etmək və ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində bərpa etmək səylərini dəstəkləyir.

Biz tərəfləri 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında imzalanmış birgə bəyanatın bütün bəndlərini yerinə yetirməyə çağırırıq.

Biz beynəlxalq ictimaiyyəti uzun illər boyu Ermənistanın təcavüzündən və hücumlarından əziyyət çəkən Azərbaycanın yanında olmağa çağırırıq. Eyni zamanda, müharibədə həlak olmuş azərbaycanlı qardaşlarımızın ruhuna dua edir, yaralananlara şəfa diləyirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR