Rumıniyalı ekspert: “Ən mürəkkəb məsələ birgəyaşayışı təmin etməkdir”

#
# 16:01
13 aprel 2021

“Fikrimcə, ən mürəkkəb məsələ əhalinin inteqrasiya olunması, birgəyaşayışı, inamı, etibarı yenidən qurmaqdır”.

APA-nın xəbərinə görə, bunu rumıniyalı ekspert Yulian Çifu deyib.

Onun sözlərinə görə, müasir Azərbaycanda çoxmillətli, çoxcəhətli cəmiyyət mövcuddur.

Ekspert azərbaycanlılarla ermənilərin inteqrasiya imkanlarının vacibliyini vurğulayıb.

“Düşünürəm ki, biz bunun təhlükəsiz şəkildə həyata keçirilməsinə kömək edə bilərik. Bizim rol oynaya biləcəyimiz məsələlərdən biri də müəssisələrin inteqrasiyasıdır. Azərbaycan dünyada yaxşı tanınır. Azərbaycan bunların öhdəsindən gəlməyi bilir”, - deyə Yulian Çifu qeyd edib.

O, Ermənistanla sülh əldə etməyin mümkünlüyünə də toxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR