Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ağdamda “İmarət” kompleksində olub

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ağdamda “İmarət” kompleksində olub
# 05 may 2021 12:56 (UTC +04:00)

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində “İmarət” kompleksində olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rusiyalı deputat komplekslə tanış olub, ermənilərin burada törətdiyi dağıntıları gözləri ilə görüb.

D. Savelyevə məlumat verilib ki, Qarabağ xanlığının banisi, Şuşa şəhərinin qurucusu Pənahəli xan və digər Qarabağ xanları, habelə xan qızı Xurşidbanu Natəvan bu kompleksdə dəfn olunub.

Qonaq “İmarət” kompleksində törədilmiş erməni vandalizmi barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, ermənilər işğal müddətində “İmarət”də yerləşən məzarları, türbələri dağıdıb, ərazidə yerləşən tarixi abidələri talan edib, oğurlayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR