Rusiya Azərbaycan və Ermənistanı revanşist ritorikadan çəkinməyə çağırır

Rusiya Azərbaycan və Ermənistanı revanşist ritorikadan çəkinməyə çağırır
# 22 aprel 2021 17:55 (UTC +04:00)

Rusiya Azərbaycan və Ermənistanı revanşist və militarist ritorikadan çəkinməyə çağırır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

M. Zaxarovanın sözlərinə görə, bu cür ritorika regionu yenə müharibə həddinə gətirib çıxara bilər: “Hesab edirik ki, Bakı və İrəvanın bəyanatları, praktiki addımları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmalarına uyğun olmalıdır. O ki qaldı regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına, bu məsələ də mənim səsləndirdiyim məntiqə uyğundur”. 

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR