Rusiya sülhməramlıları Qarabağda minaya düşüb

#
# 15:35
27 aprel 2021

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin avtomobili minaya düşüb.

APA-nın Ermənistanın “Armenpress” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində iki rus hərbçi yaralanıb.

Hazırda tibbi mərkəzdə həkim nəzarətində olan hərbçilərin həyati təhlükəsi yoxdur.

Hadisənin üç gün əvvəl baş verdiyi bildirilir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR