Rusiyalı deputat: “Ermənistan qeyd-şərtsiz işğal altındakı torpaqlardan çıxmalıdır”

Rusiyalı deputat: “Ermənistan qeyd-şərtsiz işğal altındakı torpaqlardan çıxmalıdır”
# 27 sentyabr 2020 13:31 (UTC +04:00)

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli mövqeyində olub və indi də bu mövqedə qalır”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Dmitri Savelyev deyib.

“Lakin danışıqlara hər iki tərəf niyyətli olmalıdır. Biz isə son zamanlar Ermənistanın hakimiyyətinin danışıqlar prosesini pozmağa, münaqişənin eskalasiyasına gətirib çıxaran fəaliyyətini müşahidə etdik və nəticə özünü çox gözlətmədi. Danışıqlar pozuldu. Dağlıq Qarabağla sərhəddə genişmiqyaslı hərbi əməliyyatlar başladı. Fikrimcə, münaqişəni dayandırmağın bir yolu var. Bu, qeyd-şərtsiz Ermənistan tərəfinin bütün hərbi qüvvələrini işğal altındakı torpaqlardan çıxarması, sülh prosesinə başlaması, məcburi köçkünlərin Dağlıq Qarabağ torpağına qayıtması, bu ərazinin Azərbaycanın tərkibində taleyini müəyyən edəcək referendumun keçirilməsidir. Heç kəsə qan lazım deyil. Heç kəsə Qafqaz regionunda gərginlik lazım deyil”, - deyə rusiyalı deputat vurğulayıb.

D. Savelyev münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün beynəlxalq hüquq çərçivəsində görülən tədbirlərin, şübhəsiz ki, həm Rusiya, həm də bütün dünya birliyi tərəfindən dəstəklənəcəyini qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR