Rusiyalı politoloq: “Minsk qrupunun həmsədrliyində Fransanı Almaniya əvəzləyə bilər”

Rusiyalı politoloq: “Minsk qrupunun həmsədrliyində Fransanı Almaniya əvəzləyə bilər”
# 01 may 2021 14:41 (UTC +04:00)

“ATƏT-in Minsk Qrupu fərqli bir mövqe ortaya qoymalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Ağdamda erməni vandallığına məruz qalmış əraziləri ziyarət edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib.

S. Markov deyib ki, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsini irəli sürə bilər: “Çünki Fransa özünü tamamilə kənarda qoyub. Fransa hüquqazidd mövqedən çıxış edib və vasitəçi mövqeyindən çıxış edə bilməz. Fransa başqa bir ölkə, məsələn, Almaniya ilə əvəzlənə bilər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR