Şahin Mustafayev hökumətlərarası komissiyaların həmsədrlərini erməni təxribatı barədə məlumatlandırıb

Şahin Mustafayev hökumətlərarası komissiyaların həmsədrlərini erməni təxribatı barədə məlumatlandırıb
# 17 oktyabr 2020 17:46 (UTC +04:00)

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanla Rusiya, İran və Çin arasında hökumətlərarası komissiyaların Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev komissiyaların qarşı tərəflərdən həmsədrlərinə məktublar ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Nazirin müavini məktublarda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə məlumat verib.

Qeyd edib ki, sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində xeyli sayda mülki şəxslər həlak olub və yaralanıb, yaşayış binaları, mülki və digər obyektlər dağıdılıb.

Azərbaycan Ordusunun təcavüzün qarşısını almaq, mülki əhalini qorumaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum tədbirləri görməyə məcbur qalması diqqətə çatdırılıb. Baş Nazirin müavini xüsusi olaraq vurğulayıb ki, əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılır və Azərbaycan öz ərazilərində özünü müdafiə edir.

Baş Nazirin müavini Ermənistan silahlı qüvvələrinin gecə saatlarında Gəncə şəhərindəki yaşayış binalarına “SCUD” ballistik raketlərdən zərbələr endirərək xeyli sayda tələfat törətdiyini qeyd edərək, bunun hərbi cinayət olduğunu deyib. Nəhəng su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin də raket zərbələrinə məruz qalması vurğulanıb.

Adıçəkilən ölkələrin Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatını, dinc əhalimizə qarşı hərbi cinayətlərini və vəhşiliklərini pisləyəcəklərinə əminlik ifadə olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR