Sergey Markov: “Bunlar xristian deyillər. Biz bu vandallarla ümumi heç nəyimizin olmasını istəmirik” - FOTO

Sergey Markov: “Bunlar xristian deyillər. Biz bu vandallarla ümumi heç nəyimizin olmasını istəmirik” - <span class=FOTO'>
# 04 may 2021 18:49 (UTC +04:00)

Ağdam məscidində donuzların saxlanılması utancvericidir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə işğaldan azad edilən Ağdamda səfərdə olan Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov öz “Facebook” səhifəsində yazıb.

Erməni işğalçıları tərəfindən Ağdam məscidinin həyətinə atılan boş konyak şüşəsinin fotosunu paylaşan rusiyalı siyasi ekspert fotoya belə şərh yazıb: "Ağdam. Müsəlmanların dini duyğularını təhqir etmək üçün boş konyak şüşəsi məscidin yanına atılıb. İslamda haram sayılan donuzların uzun illər saxlanıldığı məscidin... Utancvericidir! Bunlar xristian deyillər. Biz bu vandallarla ümumi heç nəyimizin olmasını istəmirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR