Son sutkada Rusiya sülhməramlılarını daşıyan daha 22 təyyarə İrəvana gəlib

Son sutkada Rusiya sülhməramlılarını daşıyan daha 22 təyyarə İrəvana gəlib
# 17 noyabr 2020 12:24 (UTC +04:00)

Rusiya sülhməramlılarını daşıyan daha 22 təyyarə İrəvana enib.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, İl-76 və An-124 təyyarələri ilə sutka ərzində 22 reyslə Ermənistana 64 ədəd avtomobil və xüsusi texnika göndərilib.

“Sutka ərzində Ulyanovsk-Vostoçnıy aerodromundan İl-76 və An-124 təyyarələri ilə 22 reys həyata keçirilib. Ermənistana zirehli transportyorlar, yük avtomobilləri, sisternli avtomobillər, ekskavatorlar və digər texnikalar daşınıb”, - deyə qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR