Şoyqu: "Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda yerləşdirilməsi tam başa çatıb"

Şoyqu: "Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda yerləşdirilməsi tam başa çatıb"
# 20 noyabr 2020 21:38 (UTC +04:00)

Rusiya sülhməramlıları kontingentinin Dağlıq Qarabağda yerləşdirilməsi tamamilə başa çatıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Dağlıq Qarabağdakı Rusiya humanitar missiyası ilə bağlı keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingenti vəzifələrini yetirməyə başlayıb: “Ümumilikdə 250 təyyarə reysi həyata keçirilib. 1960 nəfər, 552 ədəd texnika göndərilib. Bu gün üçün Laçın dəhlizi və Dağlıq Qarabağ ərazisi tamamilə Rusiya sülhməramlı bölmələrinin nəzarətindədir”.

Şoyqu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Azərbaycan və Ermənistan hərbçiləri ilə birbaşa təmas qurduğunu da qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR