Tural Gəncəliyev: “Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir”

Tural Gəncəliyev: “Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir”
# 03 oktyabr 2020 14:03 (UTC +04:00)

“Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur”.

APA-nın məlumatına görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, bunun nəticəsində mülki əhali arasında 20-dən çox şəxs həlak olub, 50-dən çox şəxs isə yaralanıb, həmçinin, evlərə və mülki infrastruktura böyük ziyan vurulub: “Bu, bir daha onu göstərir ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin niyyəti qeyri-insani əməllər və müharibə cinayətləri vasitəsilə torpaqlarımızın işğalını davam etdirməkdən ibarətdir.

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində bu ədalətsiz müharibənin qurbanları olmuş şəxslər kimi bildiririk ki, Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir. Azərbaycan Silahlı Qüvvələri Ermənistandan fərqli olaraq, heç bir halda mülki əhalini hədəfə almır. Lakin, Ermənistanın rəhbərliyi məqsədli şəkildə hərbi obyekləri yaşayış yerlərinin yanında yerləşdirib. Belə qeyri insani hərbi-siyasi rəhbərlikdən hər şey gözləmək olar”.

T.Gəncəliyev deyib ki, Azərbaycan özünün Dağlıq Qarabağ bölgəsinin erməni əhalisinə deyil, məhz işğalçı Ermənistan ordusuna qarşı döyüşür: “Bizim məqsədimiz 30 ilə yaxındır həsrətində olduğumuz Qarabağımızı işğaldan azad etmək, oradakı doğma evlərimizə qayıtmaq və erməni icması ilə birgə sülh şəraitində yaşamaqdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR