Türkiyənin ATƏT PA-da nümayəndə heyətinin üzvü: “Dağlıq Qarabağla bağlı status-kvo qəbuledilməzdir”

Türkiyənin ATƏT PA-da nümayəndə heyətinin üzvü: “Dağlıq Qarabağla bağlı status-kvo qəbuledilməzdir”
# 21 fevral 2020 17:08 (UTC +04:00)

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbuledilməzdir və dayanıqlı deyil”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Mehmet Sait Kirazoğlu təşkilatın Siyasi İşlər və Təhlükəsizlik Ümumi Komitəsinin Vyanada keçirilən qış iclasında deyib.

O bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli istiqamətindəki səylərinə sadiqdir.

“Türkiyə Cənubi Qafqazın təhlükəsizliyi və stabilliyi baxımından böyük önəmə malikdir və regiondakı münaqişələrin sülh yolu həllinə töhfə verməyə hazırdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, biz bir daha vurğulamaq istəyirik ki, status-kvo qəbuledilməzdir və dayanıqlı deyil. ATƏT-in Minsk Qrupunun üzvü olaraq Türkiyə münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq mümkün və uzunmüddətli həlli istiqamətində səylərinə sadiqdir”, - deyə M. S. Kirazoğlu qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR