Ukrayna XİN: Azərbaycanın Xarkovdakı Baş Konsulluğuna atəş açanlar tapılmalı, məsuliyyətə cəlb olunmalıdır

Ukrayna XİN: Azərbaycanın Xarkovdakı Baş Konsulluğuna atəş açanlar tapılmalı, məsuliyyətə cəlb olunmalıdır
# 07 noyabr 2020 18:36 (UTC +04:00)

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Xarkov şəhərindəki Baş Konsulluğunun binasının atəşə tutulmasını pisləyib.

APA-nın məlumatına görə, Ukrayna XİN-in açıqlamasında deyilir: “Azərbaycan Respublikasının Xarkov şəhərində Baş Konsulluğunun binasının naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalmasını qəti şəkildə qınayırıq. Hüquq-mühafizə orqanları artıq lazımı istintaq hərəkətlərinə başlayıb. Günahkarlar tapılmalı və məsuliyyətə cəlb olunmalıdır”.

Qeyd edək ki, noyabrın 7-də saat 2.30 dəqiqədə Konsulluğun Yaroslavl Mudrı 7 ünvanında yerləşən binası atəşə məruz qalıb. Konsulluq binasına 6 atəş açılıb. Nəticədə pəncərələr və qapı qırılıb. Gecə ofisdə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Konsulluğun nəzarət kameraları əllərində səsboğucu tapançaya bənzəyən silahları olan iki gənci qeydə alıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR