XİN: Beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktını pisləməyə çağırırıq

XİN: Beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktını pisləməyə çağırırıq
# 30 oktyabr 2020 15:55 (UTC +04:00)

“Həm “Amnesty International”, həm də “Human Rights Watch” təşkilatları oktyabrın 28-də Azərbaycanın Bərdə şəhərinin mərkəzinə edilən hücumda Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə olunduğunu təsdiqləyib”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Beynəlxalq ictimaiyyəti bu vəhşiliyi və vandalizm aktını pisləməyə çağırırıq. Bu, mülki şəxslərin həyatına və beynəlxalq hüquqa qarşı kobud bir hörmətsizlikdir!”, - deyə qeyd olunub.

Xatırladaq ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdənin mərkəzinə endirilən raket zərbələri nəticəsində 21 mülki şəxs həlak olub, 70-dən çox şəxs yaralanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR