Zelenski: “Azərbaycan və Ukrayna ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində bir-birini dəstəkləyir”

Zelenski: “Azərbaycan və Ukrayna ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində bir-birini dəstəkləyir”
# 17 dekabr 2019 16:53 (UTC +04:00)

“Biz burada Dağlıq Qarabağ münaqişəsi və Ukraynanın şərqində baş verən münaqişəni müzakirə etdik. Biz bir-birimizi ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində də dəstəkləyirik”.

APA-nın məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

O bildirib ki, burada söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpadan gedir.

“Bu baxımdan bu prinsip həm ikitərəfli təmaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində də bizim əməkdaşlığı özündə ehtiva edir. Bu, bizim ölkələrimizin arasında olan münasibətlərin səviyyəsinin göstəricisidir. Biz həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edirik. Azərbaycana 2020-ci ildə GUAM-a uğurlu sədrlik arzu edirəm”, - deyə V. Zelenski vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR