Zərif: “İran Dağlıq Qarabağ bölgəsində həyəcanverici şiddəti diqqətlə izləyir”

Zərif: “İran Dağlıq Qarabağ bölgəsində həyəcanverici şiddəti diqqətlə izləyir”
# 27 sentyabr 2020 20:39 (UTC +04:00)

İran Dağlıq Qarabağ bölgəsində həyəcanverici şiddəti diqqətlə izləyir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişəyə münasibət bildirərkən deyib.

"Biz bütün tərəflərdən istəyirik ki, tez bir zamanda düşmənçiliyi kənara qoyub, ixtilafların həlli üçün danışıqlara başlasın. Qonşularımız bizim proritetimizdir. Biz danışıqlar üçün yaxşı şəraitin yaradılmasına hazırıq”.

M. C. Zərif qeyd edib ki, bölgənin hazırkı şəraitdə sülh və sabitliyə ehtiyacı var.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR