Ərdoğan: “Ermənistan regionda sülhün qarşısında ən böyük təhdid olduğunu bir daha nümayiş etdirdi”

Ərdoğan: “Ermənistan regionda sülhün qarşısında ən böyük təhdid olduğunu bir daha nümayiş etdirdi”
# 27 sentyabr 2020 15:48 (UTC +04:00)

“Azərbaycana qarşı hücumlarına yenisini əlavə edən Ermənistan regionda sülhün qarşısında ən böyük təhdid olduğunu bir daha nümayiş etdirdi. Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır. Erməni xalqını onları fəlakətə sürükləyən idarəçilərinə və onlardan kukla kimi istifadə edənlərə qarşı gələcəklərinə sahib çıxmağa dəvət edərkən, bütün dünyaya işğala və zülmə qarşı apardıqları mübarizədə Azərbaycanın yanında yer almaq çağırışı edirik”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də bildirib.

“Bugünkü telefon danışığında qətiyyətli duruşuna bir daha şahid olduğum Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə dediyim kimi, Türkiyə “Bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşları ilə həmrəyliyini gücləndirməyə davam edəcək”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR