Benilüks Azərbaycanlıları Konqresi separatçıların referendumunu pisləyib

Benilüks Azərbaycanlıları Konqresi separatçıların referendumunu pisləyib
# 14 dekabr 2006 08:42 (UTC +04:00)
Benilüks Azərbaycanlıları Konqresi (BAK) separatçı Dağlıq Qarabağ rejiminin keçirdiyi referendumu pisləyən bəyanat yayıb. BAK-dan APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunub ki, cinayətkar rejimin bu hərəkəti beynəlxalq hüquqa ziddir: “Separatçılar bununla beynəlxalq ictimaiyyətə meydan oxuyur, Azərbaycan xalqının qürur və hissiyyatına toxunurlar. Ermənilər Rusiyaya arxalanaraq özlərini Qafqazda hegemon aparmaq xülyasına qapılıblar. Biz ABŞ-ın, Avropa Şurasının, digər ölkə və beynəlxalq qurumların “referendum”u pisləyən bəyanatlarını dəstəkləyirik və bəyan edirik ki, bu, işğalçı ermənilərin yeni oyunudur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR