Azərbaycan rayonlarının işğal günlərində Ermənistanın Rusiyadakı səfirliyi qarşısında aksiyalar keçiriləcək

Azərbaycan rayonlarının işğal günlərində Ermənistanın Rusiyadakı səfirliyi qarşısında aksiyalar keçiriləcək
# 14 dekabr 2006 08:45 (UTC +04:00)
Moskvada yaşayan azərbaycanlılar 26 fevral - Xocalı soyqırımı günü Ermənistanın Rusiyadakı səfirliyi qarşısında aksiya keçirəcəklər. Bu barədə APA-ya piketin təşkilatçılarından olan Azərbaycan Gənclərinin Koordinasiya Şurasının üzvü Anar Şabanoğlu məlumat verib. A.Şabanoğlu bildirib ki, ümumiyyətlə, Azərbaycanın hər bir rayonunun işğalı günü Ermənistanın Rusiyadakı səfirliyi qarşısında aksiyaların keçirilməsi qərara alınıb. Bu tədbirlərdə Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri pisləyən şüarlar səsləndiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR