Minsk qrupu həmsədrlərinin ATƏT-in yeni sədri ilə görüşündə müzakirə olunmuş məsələlər açıqlanmır

Minsk qrupu həmsədrlərinin ATƏT-in yeni sədri ilə görüşündə müzakirə olunmuş məsələlər açıqlanmır
# 14 dekabr 2006 09:59 (UTC +04:00)
Minsk qrupu həmsədrlərinin ATƏT-in yeni sədri, İspaniyanın xarici işlər naziri Migel Anxel Moratinosla ötən gün keçirdikləri görüş tanışlıq xarakteri daşıyıb. Bu barədə APA-ya Azərbaycanın İspaniyadakı səfirliyindən məlumat verilib. Səfirliyin İspaniyanın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş qapalı keçirilib, görüşdə müzakirə olunan məsələlər isə açıqlanmır.
Qeyd edək ki bu, Minsk qrupu həmsədrlərinin ATƏT-in yeni sədri ilə ilk görüşüdür. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR