AŞ PA Monitorinq Komitəsi Ermənistan hökuməti ilə müxalifətini dialoqa başlamağa çağırıb

AŞ PA Monitorinq Komitəsi Ermənistan hökuməti ilə müxalifətini dialoqa başlamağa çağırıb
# 14 dekabr 2006 12:37 (UTC +04:00)
Dünən Parisdə AŞ PA Monitorinq Komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Avropa Şurasının köməyi ilə Ermənistanda həyata keçirilən konstitusiya islahatları müzakirə olunub. Monitorinq Komitəsi Ermənistanın Avropa Şurası qarşısında götürdüyü bir sıra öhdəliklərin yerinə yetirilməsinə şərait yaradan bu islahatlarla bağlı ilkin hesabat hazırlayıb. Hesabatda bildirilir ki, Ermənistanda siyasi mühitin yaxşılaşmasına baxmayaraq, hökumət və müxalifət arasında dialoqun mövcud olması çox vacibdir: “Yalnız qanun qəbul etmək o demək deyil ki, ölkədə demokratik islahatlar həyata keçirilib”. Qeyd edək ki, hesabat AŞ PA-nın qış sessiyasında müzakirə oluinacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR