Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin bu gün Azərbaycana səfəri başlayır

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin bu gün Azərbaycana səfəri başlayır
# 14 dekabr 2006 12:38 (UTC +04:00)
Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər dekabrın 17-ə qədər davam edəcək.
APA-nın məlumatına görə, P. Semnebi səfəri çərçivəsində Avropa Birliyinə daxil olan ölkələrin səfirləri, Azərbaycanın rəsmi dairələri, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcək. P. Semnebini Azərbaycan prezidenti İlham Əliyevin də qəbul edəcəyi gözlənilir. Səfərin məqsədi Avropa Birliyi ilə Azərbaycan arasında Əməkdaşlığa dair Fəaliyyət Planının reallaşdırması ilə bağlı vəziyyətin müzakirə olunmasıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR