Ramiz Məlikov: “Azərbaycan NATO-nun tədbirlərində iştiraka görə MDB ölkələri arasında ilk yerlərdə dayanır”

Ramiz Məlikov: “Azərbaycan NATO-nun tədbirlərində iştiraka görə MDB ölkələri arasında ilk yerlərdə dayanır”
# 14 dekabr 2006 15:54 (UTC +04:00)
Cari il ərzində Azərbaycan Silahlı Qüvvələrinin 2 mindən çox zabiti NATO-nun müxtəlif tədbirlərində iştirak edib. Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Ramiz Məlikov məlumat verib. O bildirib ki, Azərbaycan NATO-nun tədbirlərində iştiraka görə MDB ölkələri arasında ilk yerlərdə dayanır: “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı üzrə NATO ilə əməkdaşlığımız uğurla davam edir. Proqram üzrə nəzərdə tutulan tədbirlər tam şəkildə həyata keçirilir”.
NATO ilə Azərbaycan hökuməti arasında imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) müddəti 2008-ci ilin yanvarında başa çatacaq. R. Məlikovun sözlərinə görə, bununla əlaqədar gələn il Müdafiə Nazirliyi İPAP-la bağlı üzərinə düşən işləri daha da sürətləndirəcək. Qeyd edək ki, İPAP-ın ardınca NATO ilə əməkdaşlığın intensiv dialoq mərhələsi başlayır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR