Elmar Məmmədyarov İsveçrənin Gürcüstandakı səfirliyinin Bakı ofisinin rəhbərini qəbul edib

Elmar Məmmədyarov İsveçrənin Gürcüstandakı səfirliyinin Bakı ofisinin rəhbərini qəbul edib
# 14 dekabr 2006 16:26 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Gürcüstandakı səfirliyinin Bakı ofisinin rəhbəri Alein Quidettini qəbul edib. XİN Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, A. Quidetti İsveçrənin Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu bildirib. E. Məmmədyarov isə əlaqələrin xüsusilə iqtisadi sahədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasətindən danışıb. Nazir Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin indiyədək həll edilməməsinin ümumilikdə regionda sülh və təhlükəsizliyin bərqərar olunmasına ciddi əngəl törətdiyini söyləyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR