Bakıda Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun toplantısı keçiriləcək

Bakıda Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun toplantısı keçiriləcək
# 15 dekabr 2006 07:16 (UTC +04:00)
Dekabrın 17-də Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Rusiyadan olan üzvləri qrupun növbəti toplantısında iştirak etmək üçün Azərbaycana gələcəklər. Bu barədə APA-ya Milli Məclisin üzvü Mixail Zabelin məlumat verib. Onun sözlərinə görə, Azərbaycana gələcək Rusiya nümayəndə heyətinə Federasiya Şurasının sədr müavini Svetlana Orlova başçılıq edəcək. Rusiyalı deputatların Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. M. Zabelin müzakirə olunacaq məsələlərin müəyyənləşdiyini də açıqlayıb: “Parlamentlərarası Dostluq Qrupunun Rusiyadan olan üzvlərinin səfəri bir neçə ay əvvələ planlaşdırılsa da, müəyyən səbəblərdən baş tutmamışdı. Toplantıda əsasən iki ölkə qanunvericiliyinin uzlaşmayan məqamları araşdırılacaq və bu sahədə mövcud olan problemlərin həlli yolları müzakirə ediləcək”. M. Zabelin gələn il Rusiya Federasiya Şurasının sədri Sergey Mironovun da Azərbaycana səfərinin nəzərdə tutulduğunu bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR