Milli Məclisin sədri Oqtay Əsədov Rumıniyaya gedəcək
15 dekabr 2006 11:04 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 18-20-də Rumıniyada səfərdə olacaq. Bu barədə APA-ya parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, 2 gün davam edəcək səfər zamanı O. Əsədov Rumıniyanın prezidenti, parlament sədri və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanla Rumunıya arasında münasibətlərin inkişaf etdirilməsi, parlamentlər arasında əlaqələrin genişlənməsi müzakirə ediləcək. Səfər çərçivəsində hər hansı sənədin imzalanması nəzərdə tutulmur. O. Əsədovu Milli Məclisin bir qrup deputatı müşayiət edəcək. /APA/
Daxili siyasət
Naxçıvanın Baş naziri işdən azad olunub, yeni Baş nazir təyin edilib
11:50
25 aprel 2024
Əfv Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 300-ü keçib
16:32
24 aprel 2024
Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub
10:15
24 aprel 2024
Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları təsdiq edilib
16:51
23 aprel 2024