Milli Məclis MSK üzvlüyünə yeni namizədləri təsdiqləyib

Milli Məclis MSK üzvlüyünə yeni namizədləri təsdiqləyib
# 15 dekabr 2006 11:16 (UTC +04:00)
APA-nın məlumatına görə, səsvermə nəticəsində Ümid Partiyasından Akif Qurbanov, Vətəndaş Həmrəyliyi Partiyasından Almaz Qəhrəmanova, Ədalət Partiyasından isə Oqtay Hümbətli MSK üzvlüyünə təsdiq olunublar.
Qeyd edək ki, bu təsdiqlənmədən sonra MSK-da yalnız 1 yer boş qalıb. Bu yer isə parlament azlığı olaraq Müsavat Partiyası üçün nəzərdə tutulub. Müsavat Partiyası deputat qrupunun üzvü Arzu Səmədbəyli bildirib ki, onlar Seçki Məcəlləsinə dəyişiklik olunmasını və seçki komissiyalarının paritet əsasda formalaşmasını tələb edirlər: “Ona görə də MSK üzvlüyünə namizədimizi təqdim etməmişik”. YAP-ın icra katibi Əli Əhmədov isə seçki komissiyalarının siyasi partiya nümayəndələrindən formalaşmasının ciddi problemlər yaratdığını vurğulayıb: “Bu səbəbdən seçki komissiyaları bitərəflərdən formalaşmalıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR