Bir neçə cəzaçəkmə müəssisəsinin köçürülməsi planlaşdırılır

Bir neçə cəzaçəkmə müəssisəsinin köçürülməsi planlaşdırılır
# 15 dekabr 2006 12:45 (UTC +04:00)
Qadınlar üçün cəzaçəkmə müəssisəsinin və yetkinlik yaşına çatmayanların tərbiyə müəssisəsi, 5 və 12 saylı cəzaçəkmə müəssisələrin köçürülməsi planlaşdırılır. APA-nın məlumatına görə, bu haqda jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova məlumat verib. E. Süleymanova bildirib ki, həmin müəssisələrdə məhkumların saxlanma yerləri standartlara cavab vermir. Bu müəssisələrdə əsaslı təmirə ehtiyac olduğunu deyən ombudsman qeyd edib ki, həmin müəssisələrin başqa ərazilərə köçürülməsi nəzərdə tutulduğundan təmir olunmur. Ombudsmanın sözlərinə görə, məhkumlar əvvəlki illərdə olduğu kimi saxlanma şəraitlərindən, onlara olan münasibətdən şikayət etmirlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR