Tiflisdə Heydər Əliyevin büstü ucaldılacaq

Tiflisdə Heydər Əliyevin büstü ucaldılacaq
# 15 dekabr 2006 14:36 (UTC +04:00)
Yaxın günlərdə Tiflisdə Heydər Əliyevin büstü qoyulacaq. Bu barədə APA-ya Tiflis şəhər merinin müavini Mamuka Axvlediani məlumat verib. Onun sözlərinə görə, büst Azərbaycanda hazırlanacaq və abidənin hazırlanması ilə bağlı bütün xərcləri Azərbaycan tərəfi çəkəcək. Qeyd edək ki, büstün qoyulması barədə razılaşma prezident İlham Əliyevin 2004-cü ildə Gürcüstana səfəri zamanı əldə olunub. Tiflis şəhər hökuməti isə bu barədə qərarı dekabrın 13-də qəbul edib. Abidə Tiflisin mərkəzində Heydər Əliyevin adını daşıyan parkda ucaldılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR