Nemət Pənahlı ilə bağlı istintaqın müddəti uzadılıb

Nemət Pənahlı ilə bağlı istintaqın müddəti uzadılıb
# 20 dekabr 2006 15:38 (UTC +04:00)
Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlı ilə bağlı Nizami rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə başlanmış istintaqın müddəti 3 ay uzadılıb. Bu barədə APA-ya zərərçəkmiş Abbas Rzayevin vəkili Qurban Məmmədov məlumat verib. Onun sözlərinə görə, istintaqın müddətinin uzadılmasına heç bir əsas olmayıb. Belə ki, bir ay əvvəl istintaq başa çatıb və iş məhkəməyə göndərilib: “Amma Nemət Pənahlının şantajları və arxasında dayanan qüvvələrin hesabına məhkəmə işi yenidən istintaqa qaytarıb. İndi Nemət Pənahlının bıçaqladığı şəxslər haqqında da cinayət işi açmaq istəyirlər. Məndə olan məlumata görə, bununla şikayətçilərə təzyiq göstərib iddianı geri götürtməyə və guya barışıq elan etməyə çalışırlar. İş düzgün aparılmadığı üçün mən müstəntiqin hərəkətlərindən şikayət vermişəm”. Q. Məmmədov bildirib ki, işin ədalətli aparılacağı halda N. Pənahlını 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir.
N. Pənahlı isə cinayət işi ilə bağlı araşdırmalardan xəbərsiz olduğunu deyib və Q. Məmmədovun söylədiklərinə münasibət bildirmək istəməyib. Xatırladaq ki, sentyabrın 1-də plastik qablar istehsal edən sahibkar Abbas Rzayev və oğlu Kamran Rzayevlə N. Pənahlı arasında baş verən insident nəticəsində birincilər bıçaq yarası alıblar. İnsidentin baş verməsinə səbəb isə partiya sədrinin sahibkara 900 ABŞ dolları məbləğindəki borcunu qaytarmaması olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR