AMİP daxilində partiya sədri Ayaz Rüstəmovun fəaliyyətindən narazılıq güclənib

AMİP daxilində partiya sədri Ayaz Rüstəmovun fəaliyyətindən narazılıq güclənib
# 21 dekabr 2006 10:54 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının təbliğat və mətbuat katibi Əli Orucov verib. Onun sözlərinə görə, partiya daxilində sədrin fəaliyyəti ilə bağlı fərqli fikirlər mövcuddur: “Ayaz Rüstəmovun daha yaxşı çalışmasına ehtiyac var, çünki AMİP-in partiya kimi yerinin daha da möhkəmlənməsi üçün səylər artırılmalıdır. Nəzərə almaq lazımdır ki, AMİP tarixi zərurətdən yaranan ilk təşkilatdır və üzərində böyük məsuliyyət var. Məhz buna görə də Ayaz Rüstəmov bu məsuliyyəti hiss etmək zorundadır”. AMİP sədri A. Rüstəmov APA-ya açıqlamasında fəaliyyətində bəzi problemlərin olduğunu etiraf edib: “Mən də istərdim ki, partiya sədri kimi daha yaxşı çalışım. AMİP-in güclənməsi istiqamətində bütün səylərimi ortalığa qoymuşam. Partiyadaxili müzakirələr zamanı fərqli fikirlər olub. Sədrliklə bağlı problemim olsa, partiyanın müvafiq qurumlarına müraciət edəcəyəm”. AMİP-dəki mənbələrdən APA-ya verilən məlumatda isə bildirilir ki, partiyanın Siyasi Şurasının üzvlərinin əksəriyyəti A. Rüstəmovun sədr kimi fəaliyyətindən narazıdır. Narazı qüvvələr Ayaz Rüstəmovu siyasi proseslərdə ortalığa mövqe qoya bilməməkdə günahlandırır. Onlar Ayaz Rüstəmovun bəzi beynəlxalq qurumların müxalifət liderləri ilə görüşünə bir çox hallarda dəvət olunmamağını sədrin fəaliyyətsizliyi ilə əlaqələndirirlər. Məlumatda o da bildirilib ki, partiya sədri postunda dəyişiklik etmək üçün gələn il AMİP-in fövqəladə qurultayı çağırılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR