YAP Nəsimi rayon təşkilatının konfransı keçirilib

YAP Nəsimi rayon təşkilatının konfransı keçirilib
# 21 dekabr 2006 13:15 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının 6-cı hesabat-seçki konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda ötən dövr ərzində Nəsimi rayon təşkilatına 2000 nəfər yeni üzv qəbul olunduğu və üzvlərin sayının 19450 nəfərə çatdığı qeyd olunub. YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı qarşıdan 2008-ci il prezident seçkilərinin gəldiyini və partiyanın bu seçkilərdə də qələbə qazanmaq gücündə olduğunu qeyd edib. Onun sözlərinə görə, seçkilərə hələ 2 il qalmasına baxmayaraq, bu prosesə indidən hazırlaşmaq lazımdır: “Bunun üçün YAP üzvlərinin hamısı səfərbər olmalı, ölkədə həyata keçirilən işləri yerlərdə layiqincə təbliğ etməlidirlər”. M. Qurbanlı əldə olunan uğurlarla yanaşı, cəmiyyətdə hələ də bir sıra problemlərin öz həllini tapmadığını vurğulayıb. Konfransda təşkilati məsələlərə də baxılıb. Məlahət Həsənova YAP Nəsimi rayon təşkilatının sədri seçilib. Qeyd edək ki, YAP Nəsimi rayon təşkilatının əvvəlki sədri keçmiş səhiyyə naziri Əli İnsanov olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR