İsrafil İsmayılov YAP Gəncə təşkilatının sədri seçilib

İsrafil İsmayılov YAP Gəncə təşkilatının sədri seçilib
# 21 dekabr 2006 13:31 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının 7-ci konfransı keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, konfransda YAP-ın icra katibi Əli Əhmədov, Gəncə şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov və YAP Gəncə şəhər təşkilatının 313 ərazi təşkilatlarından 602 nümayəndə iştirak edib. Konfransda İsrafil İsmayılov YAP Gəncə şəhər təşkilatının sədri, Ramiz Məmmədov, Mübariz Yusubov və Fuad Əliyev isə sədr müavinləri seçiliblər. Konfransdan sonra jurnalistlərə açıqlama verən YAP-ın icra katibi Əli Əhmədov toplantıda təşkilatın fəaliyyətində olan nöqsanlar ətrafında çox konstruktiv formada fikir mübadiləsi aparıldığını deyib. “Bu onu göstərir ki, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı çox sağlam bünövrə üzərində qərar tutub. Partiyamızın Gəncə şəhər təşkilatı yüksək fəallıq göstərməklə yanaşı işində olan nöqsanları da özünü tənqid prinsipi əsasında müzakirə edib lazım olan nəticə çıxarmağı bacarır”. Əli Əhmədov qarşıdan gələn prezident seçkilərində YAP Gəncə şəhər təşkilatının yüksək fəallıq nümayiş etdirəcəyinə inandığını bildirib. Qeyd edək ki, hazırda YAP Gəncə şəhər təşkilatının 21501 nəfər üzvü var. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR