ATƏT siyasi islahatların həyata keçirilməsində Azərbaycanla əməkdaşlıq edəcək

ATƏT siyasi islahatların həyata keçirilməsində Azərbaycanla əməkdaşlıq edəcək
# 21 dekabr 2006 14:17 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən Kristian Ştrohal görüşün nəticələrindən razı qaldığını bildirib. “Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın ATƏT-lə bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Biz siyasi islahatların həyata keçirilməsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindəyik”. Kristian Ştrohal insan haqları ilə bağlı problemlərin hər bir ölkədə mövcud olduğunu bildirib. “Bu problem hər bir ölkə üçün xarakterikdir. Problem cəmiyyətin bu çətinlikləri necə qarşılamasındadır. Belə məsələləri masa arxasında həll etmək mümkün deyil. Əgər insan haqları ilə bağlı problemləri həll etmək belə asandırsa, o zaman biz bura niyə gəlirdik? Vətəndaş cəmiyyəti və rəsmi şəxslər arasında münasibətlərin qurulmasına dair bir neçə təşəbbüslər var, biz bu təşəbbüsləri Azərbaycanda həyata keçirmək istəyirik”. Ölkədə media azadlığı ilə bağlı situasiyanı dəyərləndirən Kristian Ştrohal bu məsələdə ATƏT-in söz və mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Miklos Haraştinin mövqeyini dəstəklədiyini deyib: “Mən də Miklos Haraşti kimi hesab edirəm ki, azad cəmiyyətin mövcudluğu üçün medianın azad olması vacibdir”. Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri dəyərləndirən Kristian Ştrohal bu öhdəliklərin bir qisminin yerinə yetirildiyini deyib. “Digər öhdəliklərin həyata keçirilməsi üçün Azərbaycan hökumətinə kömək etməyə hazırıq. Biz Azərbaycan rəsmiləri və Venesiya Komissiyası ilə qarşıdan gələn seçkilərdə daha çox tərəqqi əldə etmək imkanlarını müzakirə edəcəyik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR