Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev: “TÜRKSOY-un baş direktorluğuna Azərbaycanın namizədi olmayıb”

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev: “TÜRKSOY-un baş direktorluğuna Azərbaycanın namizədi olmayıb”
# 21 dekabr 2006 14:56 (UTC +04:00)
“Azərbaycan 14 il TÜRKSOY-a rəhbərlik edib. Yenə də namizəd təqdim etmək təvazökarlıqdan uzaq olardı”. Ə. Qarayev bildirib ki, iclasın baş direktorluğa seçimlə bağlı müzakirə aparacağı hissəsində Polad Bülbüloğlu iştirak etmədiyi üçün bu vəzifəyə yeni seçki keçirilməyib: “Biz razılaşdırdıq ki, növbəti iclasda Polad Bülbüloğlunun iştirakı ilə onun yola salınma mərasimi keçirilsin. Bununla yanaşı iclasda 6 ay müddətinə TÜRKSOY-un yeni binasının açılması və s məsələlər də gündəlikdədir. Bütün bunların həlli üçün biz yeni direktor məsələsini hələ açıq saxladıq. Sadəcə, bu vəzifə altı aylıq müddətə Türkiyənin mədəniyyət və turizm naziri Atilla Koça həvalə olunub. Növbəti toplantıda baş katibin seçilməsi məsələsi müzakirə olunacaq”. Həmin vaxta qədər Azərbaycanın namizədi olub-olmayacağının müzakirə ediləcəyini deyən Ə. Qarayev artıq qurumun baş direktoru vəzifəsinə nazir seçilməyəcəyi barədə razılığa gəlindiyini də deyib. Nazirin sözlərinə görə, toplantıda türk xalqlarının mədəni irsinin qorunması ilə bağlı yaradılacaq yeni qurumun qərargahının Bakıda yerləşməsi də qərara alınıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR