Nazirlər Kabineti prokurorluq işçiləri və hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləğinin təsdiq edilməsi barədə qərar qəbul edib

Nazirlər Kabineti prokurorluq işçiləri və hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləğinin təsdiq edilməsi barədə qərar qəbul edib
# 21 dekabr 2006 15:37 (UTC +04:00)
Nazirlər Kabineti prokurorluq işçiləri və hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçuların xüsusi(hərbi) rütbəyə əlavə haqqının məbləğlərini, aylıq vəzifə (taarif) maaşlarının məbləğinin təsdiq edilməsi barədə qərar qəbul edib. Bu haqda APA-ya Respublika Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, prezidentin 29 sentyabr tarixli “Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı ilə oktyabrın 1-dən prokurorluq işçiləri və hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçuların xüsusi(hərbi) rütbəyə görə əlavə haqlarının məbləğləri Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə müvafiq maaşlarının məbləğləri səviyyəsində müəyyən edilib, prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçuların və mülki işçilərinin aylıq vəzifə maaşları 2,5 dəfə artırılıb. Dekabrın 1-dən isə prokurorluq işçilərinin aylıq vəzifə maaşları orta hesabla 2,5 dəfə artırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR