Piter Semnebi: “Azərbaycana növbəti səfərim zamanı qaçqın və məcburi köçkünlərin problemlərini müzakirə edəcəyəm”

Piter Semnebi: “Azərbaycana növbəti səfərim zamanı qaçqın və məcburi köçkünlərin problemlərini müzakirə edəcəyəm”
# 22 dekabr 2006 08:50 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlama verən Piter Semnebinin sözlərinə görə, növbəti səfər proqramına BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının, qaçqınlar və məcburi köçkünlərin problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin nümayəndələri və hökumət üzvləri ilə görüşlər daxildir. Qeyd edək ki, Piter Semnebinin Bakıya növbəti səfəri yanvarın əvvəllərinə planlaşdırılıb. Səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təşəbbüslərin inkişaf etdirilməsinə nail olmaqdır. Piter Semnebi növbəti Cənubi Qafqaz turnesi çərçivəsində Bakı, İrəvan və işğal altında olan Azərbaycan torpaqlarına səfər edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR