Rumıniya Senatının sədri Nikolaye Vakaroyu Azərbaycana səfər edəcək

Rumıniya Senatının sədri Nikolaye Vakaroyu Azərbaycana səfər edəcək
# 22 dekabr 2006 09:12 (UTC +04:00)
Gələn ilin ortalarında Rumıniya Senatının sədri Nikolaye Vakaroyunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə APA-ya Azərbaycan-Rumıniya Parlamentlərarası Dostluq Qrupunun həmsədri, millət vəkili Azay Quliyev məlumat verib. Azay Quliyevin sözlərinə görə, səfərlə bağlı razılıq Milli Məclisin sədri Oqtay Əsədovun Rumıniyaya son səfəri zamanı əldə olunub. Səfər çərçivəsində Rumıniya Senatının sədri azərbaycanlı həmkarı ilə görüşəcək. N. Vakaroyunun Azərbaycan prezidenti tərəfindən qəbul olunacağı da gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR