Azərbaycan-Rumıniya Parlamentlərarası Dostluq Qrupunun həmsədri Vasile Danku Bakıya gələcək

Azərbaycan-Rumıniya Parlamentlərarası Dostluq Qrupunun həmsədri Vasile Danku Bakıya gələcək
# 22 dekabr 2006 09:13 (UTC +04:00)
Gələn ilin martında Azərbaycan-Rumıniya Parlamentlərarası Dostluq Qrupunun həmsədri Vasile Danku Azərbaycana gələcək. Bu barədə APA-ya qrupun Azərbaycan tərəfdən həmsədri, deputat Azay Quliyev məlumat verib. A. Quliyev bildirib ki, səfərin məqsədi iki ölkənin parlamentləri arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etməkdir. V. Danku Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR