ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri ilə görüşüb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri ilə görüşüb
# 22 dekabr 2006 14:34 (UTC +04:00)
Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Kristian Ştrohal Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə görüşüb. Görüşdə iştirak edən Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun APA-ya verdiyi məlumata görə, əsasən gələcək əməkdaşlıq perspektivləri müzakirə mövzusu olub. Görüşdə Azərbaycanda insan haqları, vətəndaş cəmiyyətinin quruculuğu prosesi barədə fikir mübadiləsi aparılıb, Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun və digər digər qanunvericilik aktlarının təkmilləşməsi prosesində ATƏT-lə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi vurğulanıb. Görüşdə ATƏT-lə və digər Avropa qurumları ilə Azərbaycanın əməkdaşlığı davam etdirməkdə maraqlı olduğu da qeyd edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR