Azərbaycan Daxili Qoşunlarının komandanı Zakir Həsənov Rusiya Daxili Qoşunlarının komandanı Sergey Bunini qəbul edib

Azərbaycan Daxili Qoşunlarının komandanı Zakir Həsənov Rusiya Daxili Qoşunlarının komandanı Sergey Bunini qəbul edib
# 22 dekabr 2006 15:08 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş komandanı Sergey Bunin Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin rəisi Zakir Həsənovla görüşüb. APA-nın məlumatına görə, görüşdə Azərbaycan Daxili Qoşunlarının Baş İdarəsi və Rusiya Daxili Qoşunlarının Baş Komandanlığı arasında müxtəlif sahələrdə əməkdaşlığın artırılması ilə bağlı müzakirələr aparılıb. Z. Həsənov əlaqələrin inkişaf etdirilməsi üçün real imkanların olduğunu deyib. S. Bunin isə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə humanitar və texniki məsələlərdə əməkdaşlığa həmişə hazır olduqlarını bildirib. Bundan sonra görüş bağlı qapılar arxasında davam etdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR