27 yaşlı Emin Cəlalov YAP Bərdə rayon təşkilatının yeni sədri seçilib

27 yaşlı Emin Cəlalov YAP Bərdə rayon təşkilatının yeni sədri seçilib
# 22 dekabr 2006 15:39 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı bu gün növbəti konfransını keçirib. APA-nın Qarabağ bürosunun məlumatına görə, qurumun VIII konfransında millət vəkili Bahar Muradova və partiyanın Mərkəzi Aparatından Araz Xudadanov iştirak edib. Sədrin hesabatı dinlənildikdən sonra YAP Bərdə rayon təşkilatına yeni sədr seçilib. Bu, 27 yaşlı Emin Cəlalovdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR