Kristian Ştrohal: “Məzahir Pənahovla görüşdə 2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı heç bir müzakirə aparmadıq”

Kristian Ştrohal: “Məzahir Pənahovla görüşdə 2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı heç bir müzakirə aparmadıq”
# 22 dekabr 2006 15:50 (UTC +04:00)
“Bakıda keçirdiyimiz görüşlərin məqsədi qarşıdan gələn seçkilərdə atacağımız addımları müəyyənləşdirmək və bununla bağlı Azərbaycanda olan tərəfdaşlarımızla əməkdaşlığı genişləndirməkdir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştrohal verib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüş zamanı 2008-ci ildə keçiriləcək prezident seçkiləri və Seçki Məcəlləsi ilə bağlı müzakirələrin aparılmadığını bildirən K. Ştrohal sadəcə atılacaq addımlarla bağlı müəyyən məsləhətləşmələrin olduğunu vurğulayıb: “Biz keçmişdə olan təcrübəmizin gələcəkdə genişləndirilməsi istiqamətində danışıqlar aparırıq. Azərbaycanda olduğum müddətdə vacib partnyorlarımızla çox müsbət görüşlərimiz oldu. Biz tərəfdaşlarımızla uzun illər ərzində bir neçə məsələnin həllinin tapılması istiqamətində birgə çalışmışıq. Bu görüşlərdə əməkdaşlığımızın daha da effektli olması üçün atacağımız addımları müzakirə etdik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR