Diplomatik Akademiyanın təşəbbüsü ilə XİN əməkdaşları üçün təşkil edilmiş ingilis dilinin təkmilləşdirilməsi kursları başa çatıb

Diplomatik Akademiyanın təşəbbüsü ilə XİN əməkdaşları üçün təşkil edilmiş ingilis dilinin təkmilləşdirilməsi kursları başa çatıb
# 23 dekabr 2006 09:18 (UTC +04:00)
Dekabrın 22-də Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının təşəbbüsü ilə nazirliyin əməkdaşları üçün təşkil edilmiş ingilis dilinin təkmilləşdirilməsi kursları başa çatıb. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, üç ay davam edən kurslarda tədrisi XİN və ABŞ-ın Bakıdakı səfirliyinin birgə səyləri nəticəsində ABŞ-ın nüfuzlu universitetlərindən dəvət olunmuş mühazirəçilər - professor Qlen Dekert və professor Rocer Ritvo həyata keçiriblər. Diplomatik Akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev müvafiq şəhadətnamələri məzunlara təqdim edib. Diplomatik Akademiyanın ilk layihəsi ingilis dili üzrə bilik səviyyəsini təkmilləşdirmiş 10 diplomatın uzunmüddətli xidməti ezamiyyətə göndərilməsini tezləşdirəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR