Oqtay Əsədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktorunu qəbul edib

Oqtay Əsədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktorunu qəbul edib
# 23 dekabr 2006 09:54 (UTC +04:00)
Parlamentin sədri Oqtay Əsədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Kristian Ştrohalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüş zamanı spiker bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT və onun Parlament Assambleyası ilə əlaqələrin inkişafına böyük önəm verib. O. Əsədov Cənubi Qafqazda mövcud olan münaqişələrin bölgənin dinamik inkişafına, ümumiyyətlə, təhlükəsizliyə böyük maneələr törətdiyini, insan haqlarının pozulmasına gətirib çıxardığını deyib: “Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından qovulmuş insanlar seçmək və seçilmək hüququndan məhrum olunublar”. K. Ştrohal isə Azərbaycanda gedən proseslərlə yaxından tanış olduğunu və ölkəmizlə ATƏT arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda aparılan demokratikləşdirmə prosesinə yardım göstərməyə hazırdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR