MSK prezident seçkiləri ilə bağlı ATƏT-lə birgə tədbirlər həyata keçirəcək

MSK prezident seçkiləri ilə bağlı ATƏT-lə birgə tədbirlər həyata keçirəcək
# 25 dekabr 2006 11:20 (UTC +04:00)
“2008-ci il prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə birgə müəyyən tədbirlər həyata keçiriləcək�?. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. M. Pənahov bildirib ki, beynəlxalq qurumlarla yanaşı, MSK da prezident seçkilərində ümumi mənzərənin hamının istədiyi kimi olmasına çalışır: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Kristian Ştrohalla görüşdə gələn il üçün nəzərdə tutulan birgə fəaliyyət proqramı müzakirə olunub və müəyyən seminarlar keçirilməsi qərara alınıb�?. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR