Azərbaycan prezidenti MDB-ni faydasız, GUAM-ı isə məhsuldar təşkilat adlandırıb

Azərbaycan prezidenti MDB-ni faydasız, GUAM-ı isə məhsuldar təşkilat adlandırıb
# 25 dekabr 2006 12:33 (UTC +04:00)
Azərbaycanın MDB üzvləri ilə əlaqələrini ikitərəfli əsasda qurduğunu deyən İlham Əliyev MDB-ni dövlət başçılarının görüşüb söhbətləşməsi üçün yaxşı imkan adlandırıb. MDB qarşısında böyük tələblər qoymaq və ondan çox şey gözləməyin düzgün olmadığını söyləyən Azərbaycan prezidenti nə MDB-nin, nə BMT-nin, nə də bu tipli digər təşkilatların heç bir qlobal problemi həll etmədiyini vurğulayıb. Dövlət başçısı GUAM-ı kifayət qədər məhsuldar təşkilat kimi qiymətləndirib və qurumun təşəbbüsü ilə BMT-yə dondurulmuş münaqişələrlə bağlı BMT-yə qətnamə layihəsi təqdim olunduğunu xatırladıb: “GUAM çərçivəsində separatçılıqla bağlı bütün münaqişələri vahid formatda birləşdirmək mümkün oldu. Halbuki əvvəllər Qərbdə Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazidəki münaqişələri separatizm, Dağlıq Qarabağ münaqişəsini isə azadlıq hərəkatı hesab edirdilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR