Sərdar Cəlaloğlu: “Bir qrup şəxs Demokratik Yol Partiyasını bərpa etmək üçün müzakirələr aparır”

Sərdar Cəlaloğlu: “Bir qrup şəxs Demokratik Yol Partiyasını bərpa etmək üçün müzakirələr aparır”
# 12 fevral 2007 16:11 (UTC +04:00)
“Bir qrup şəxs Demokratik Yol Partiyasını bərpa etmək üçün “Göyçay” restoranında və “Bakı-Xəbər” qəzetinin redaksiyasında toplaşaraq müzakirələr aparır. Onlar ADP-dəki mövqelərini itirdiklərinə görə bu addımı atmaq istəyirlər”. APA-nın məlumatına görə, bu sözləri ADP-nin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, həmin qrupda təmsil olunan şəxslər özləri ilə ADP-dən daha çox qüvvə aparmaq üçün rayon təşkilatlarının rəhbərləri ilə danışıqlara gedirlər: “Amma onlar yerli təşkilatlarda qəbul olunmurlar”. S. Cəlaloğlu bu işdə vaxtilə YAP-dan istefa verib ADP-yə keçmiş şəxslərin xüsusi fəallıq göstərdiyini vurğulayıb.
DYP-nin keçmiş sədri, ADP-nin növbəti qurutayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Yaqub Abbasov isə APA-ya açıqlamasında bu xəbərin doğru olmadığını bildirib: “Sərdar Cəlaloğlu öz düşüncələrini və arzularını dilə gətirib. Bizim DYP-ni bərpa etmək fikrimiz yoxdur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR